Ermənistanda 2023-cü ilin ilk 10 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3934 fakt qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2303 fakt çoxdur. “Report” xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bildirib. O əlavə edib ki, bu ilin yanvar-oktyabr ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2 118 faktın üstü açılıb, halbuki 2022-ci ilin eyni dövründə bu rəqəm 572 olub. Bu yaxınlarda Kotayk rayonunda narkotik istehsalı laboratoriyasının aşkar edildiyini xatırladan nazir bu işlə bağlı 5 nəfərin həbs edildiyini bildirib.
İsrail Əl-Şifa xəstəxanasına tam nəzarəti ələ keçirdikdən sonra Qəzzada əməliyyatları müvəqqəti dayandırmağı düşünür. “Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti vəziyyətlə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, belə bir fasilə olacağı təqdirdə HƏMAS fəallaşa bilər və nəticədə İsrail tərəfi dərhal hərbi əməliyyatları bərpa edəcək. İsrail hərbçiləri 2023-cü il noyabrın 15-nə keçən gecə məqsədli əməliyyat keçirmək üçün Əl-Şifa xəstəxanasına daxil olublar. Ordunun məlumatına görə, HƏMAS-ın əsas komanda məntəqələrindən biri bu tibb müəssisəsinin ərazisində yerin altında yerləşir. Belə ki, xəstəxanada gedən döyüşlər zamanı İsrail hərbçiləri dinc sakinlər arasında itki və xəsarət almamaq üçün bütün tədbirləri görəcəklər.
İsraildən Növbəti Zərbə Son Xəbər HƏMAS-ın reaktiv yaylım atəş sistemləri vurulub… Yenixeber.Net xəbər verir ki, bu barədə İsrailin Müfafiə Qüvvələri məlumat yayıb Məlumatda qeyd edilib ki, HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim olunduqdan sonra məscidlərdən birinin yaxınlığında reaktiv yaylım atəş sistemləri zərərsizləşdirilib. Livandan raket buraxılışlarına cavab olaraq İsrail qırıcıları və artilleriyası Hizbullahın obyektlərinə – sursat anbarı, buraxılış qurğuları və “terror infrastrukturu”na da zərbələr endirib. Ramzan Kadırov: “Dördüncü gülləni alnına vurun” Ən Son Xəbərləri Yalnız Bizimlə İzləyə Bilərsizniz Dəqiq Doğru Xəbərlər YENİXEBER.NET Gündəmə Doğru
Web sitemiz, gezinme deneyiminizi ve ilgili bilgileri sağlamak için çerezleri kullanır. Web sitemizi kullanmaya devam etmeden önce, şunları kabul etmiş olursunuz.