Etiket Sonuçları : dünya xeberleri arşivleri - Yenixeber.Net Son Xeberler Azerbaycan Son Deqiqe Son Xeber Az

İsrail tezliklə Qəzzada əməliyyatı dayandıra bilər

Dünya 2 həftə önce

İsrail Əl-Şifa xəstəxanasına tam nəzarəti ələ keçirdikdən sonra Qəzzada əməliyyatları müvəqqəti dayandırmağı düşünür. “Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti vəziyyətlə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, belə bir fasilə olacağı təqdirdə HƏMAS fəallaşa bilər və nəticədə İsrail tərəfi dərhal hərbi əməliyyatları bərpa edəcək. İsrail hərbçiləri 2023-cü il noyabrın 15-nə keçən gecə məqsədli əməliyyat keçirmək üçün Əl-Şifa xəstəxanasına daxil olublar. Ordunun məlumatına görə, HƏMAS-ın əsas komanda məntəqələrindən biri bu tibb müəssisəsinin ərazisində yerin altında yerləşir. Belə ki, xəstəxanada gedən döyüşlər zamanı İsrail hərbçiləri dinc sakinlər arasında itki və xəsarət almamaq üçün bütün tədbirləri görəcəklər.

Ramzan Kadırov: “Dördüncü gülləni alnına vurun”

Dünya 1 ay önce

YeniXeber.Net-in Melumatina Göre Avqustun 29-da Mahaçqalada baş vermiş kütləvi iğtişaşlarla bağlı geniş hökumət müşavirəsi zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Qvardiyasının və Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələrinə müraciət ünvanlayıb. Kadırov qeyd edib ki, kütləvi iğtişaşların iştirakçıları saxlanılmalıdır, lakin onlara qarşı odlu silahdan da istifadə etmək mümkündür. “Ara qarışdıranlar dərhal tutulmalıdırlar. Amma başqa variant da var. Ya da havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Belə olduqda onlar bir daha iğtişaş keçirməyəcəklər. Bu, mənim əmrimdir”, – deyə Çeçenistan rəhbəri bildirib.

Web sitemiz, gezinme deneyiminizi ve ilgili bilgileri sağlamak için çerezleri kullanır. Web sitemizi kullanmaya devam etmeden önce, şunları kabul etmiş olursunuz.