Ramzan Kadırov: “Dördüncü gülləni alnına vurun”

27 Kez Okundu
Ramzan Kadırov: “Dördüncü gülləni alnına vurun”

YeniXeber.Net-in Melumatina Göre

Avqustun 29-da Mahaçqalada baş vermiş kütləvi iğtişaşlarla bağlı geniş hökumət müşavirəsi zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Qvardiyasının və Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələrinə müraciət ünvanlayıb.

Kadırov qeyd edib ki, kütləvi iğtişaşların iştirakçıları saxlanılmalıdır, lakin onlara qarşı odlu silahdan da istifadə etmək mümkündür.

“Ara qarışdıranlar dərhal tutulmalıdırlar. Amma başqa variant da var. Ya da havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Belə olduqda onlar bir daha iğtişaş keçirməyəcəklər. Bu, mənim əmrimdir”, – deyə Çeçenistan rəhbəri bildirib.

                               
Diger Xeberler

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi kəskin artıb

Dünya 2 həftə önce

Ermənistanda 2023-cü ilin ilk 10 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3934 fakt qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2303 fakt çoxdur. “Report” xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bildirib. O əlavə edib ki, bu ilin yanvar-oktyabr ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2 118 faktın üstü açılıb, halbuki 2022-ci ilin eyni dövründə bu rəqəm 572 olub. Bu yaxınlarda Kotayk rayonunda narkotik istehsalı laboratoriyasının aşkar edildiyini xatırladan nazir bu işlə bağlı 5 nəfərin həbs edildiyini bildirib.

İran prezidenti HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edib

Dünya 2 həftə önce

İran prezidenti İbrahim Rəisi noyabrın əvvəlində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Livanın Hizbullah partiyasına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib. “Report”un məlumatına görə, bu barədə “Reuters” Fələstin hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Tehran İsmayıl Haniyədən İran və Hizbullahı İsrailə qarşı tam güclə çıxmağa çağıran HƏMAS üzvlərini susdurmasını tələb edib. Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tezliklə Qəzzada əməliyyatı dayandıra bilər

Dünya 2 həftə önce

İsrail Əl-Şifa xəstəxanasına tam nəzarəti ələ keçirdikdən sonra Qəzzada əməliyyatları müvəqqəti dayandırmağı düşünür. “Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti vəziyyətlə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, belə bir fasilə olacağı təqdirdə HƏMAS fəallaşa bilər və nəticədə İsrail tərəfi dərhal hərbi əməliyyatları bərpa edəcək. İsrail hərbçiləri 2023-cü il noyabrın 15-nə keçən gecə məqsədli əməliyyat keçirmək üçün Əl-Şifa xəstəxanasına daxil olublar. Ordunun məlumatına görə, HƏMAS-ın əsas komanda məntəqələrindən biri bu tibb müəssisəsinin ərazisində yerin altında yerləşir. Belə ki, xəstəxanada gedən döyüşlər zamanı İsrail hərbçiləri dinc sakinlər arasında itki və xəsarət almamaq üçün bütün tədbirləri görəcəklər.

2 Yorum Yapıldı

Yorum Yaz

Web sitemiz, gezinme deneyiminizi ve ilgili bilgileri sağlamak için çerezleri kullanır. Web sitemizi kullanmaya devam etmeden önce, şunları kabul etmiş olursunuz.