Bölmə: Siyasət / Sosial

Estoniya XİN rəhbəri Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin artırılmasında rolundan danışdı

Estoniya XİN rəhbəri Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin artırılmasında rolundan danışdı

"Aİ-nin enerji təhlükəsizliyinin artırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndiririk".
Sərq Tərəfdaşlığı proqramında Azərbaycanın iştirakını şərh edərkən, hazırda Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən ölkənin - Estoniyanın xarici işlər naziri Sven Mikser bildirib.
"Hər bir tərəfdaş ölkə öz iddiaları və suveren seçimi əsasında bu tərəfdaşlıq çərçivəsində Aİ ilə münasibətlərini irəli sürür. Müvafiq olaraq, Aİ assosiasiya haqqında Sazişdən çərçivə sazişlərinə qədər fərqli təkliflər edir. Biz səbirsizliklə yeni ikitərəfli saziş vasitəsilə münasibətlərimizin tam həcmdə inkişafını gözləyirik. Aİ və Azərbaycan arasında münasibətlərdə müsbət tendensiya müşahidə olunur. Biz Aİ-nin enerji təhlükəsizliyinin artırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndiririk", – Mikser deyib.
Noyabrda keçiriləcək növbəti Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələsini şərh edən Estoniyanın XİN başçısı bildirib ki, bu proqram Avropa İttifaqının strateji xarici siyasət məqsədidir, "çünki regionda sabitlik və tərəfdaşların suveren seçimi Şərq Tərəfdaşlığı ölkələrinin inkişaf və təhlükəsizlik maraqlarına cavab verir".
"Şərq Tərəfdaşlığı Estoniya üçün, hətta Avropa İttifaqı Şurasına sədrlik nəzər alınmadan, prioritetdir", - Mikser qeyd edib.
Estoniyanın XİN başçısı bildirib ki, noyabrın 24-də Brüsseldə Şərq Tərəfdaşlığının 5-ci sammitinin yekunlarına dair Bəyannamənin qəbul edilməsi gözlənilir. Bu bəyannamə "Aİ-nin Şərq Tərəfdaşlığının dörd prioritet sahələri üzrə əməkdaşlıq üçün perspektivli gündəliyi təyin edəcək - iqtisadi inkişaf və ticarət, energetika və ətraf mühitin mühafizəsi, həmçinin insanlar arasında əlaqələr".
Mikser qeyd edib ki, proqramda iştirak edən dövlətlərin başçılarına sammitdə iştirak etmək üçün dəvətnamələr müəyyən olunmuş qaydada göndəriləcək. "Ümid edirəm ki, prezident İlham Əliyev də proqramda iştirak edəcək", - Estoniyanın XİN başçısı əlavə edib.
Mikser Şərq Tərəfdaşlığı sammiti zamanı proqram iştirakçısı olan ölkələrin işğal olunmuş əraziləri məsələsinin müzakirə olunub-olunmamasına da toxunub. "Şərq Tərəfdaşlığı proqramının prioritet sahələri - institusional quruculuq, iqtisadi inkişaf və ticarət imkanları, energetika və ətraf mühitin mühafizəsi, insanlar arasında əlaqələr - tərəfdaş ölkələrin möhkəmlənməsinə yönəlib. Sülh və sabitlik Avropa İttifaqının əsas dəyərləridir, biz də münaqişələrin həllində beynəlxalq formatları dəstəkləyirik", - o bildirb.

Oxşar Xəbərlər