Bölmə: Kriminal

Azərbaycanda hər kəs 15 yaşlı Elcandan danışır! Görün niyə + FOTO


Azərbaycanda hər kəs 15 yaşlı Elcandan danışır! Görün niyə + FOTO2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olan tələbələrdən biri —

İsayev Elcan Sabir oğludur.

O, 5 dekabr 2002-ci il tarixində Tovuz rayonunun Həsənli kəndində anadan olub.
Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, tələbə hazırda rayonun Dondar Quşçu kəndində yaşayır. ADAU-nun «meşəçilik» ixtisasını seçən E.İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyini əminliklə bildirir.
ADAU-da «meşəçilik» ixtisası yalnız dövlət sifarişli ixtisaslardan biridir.
Qeyd edək ki, 2017/2018-ci tədris ilində respublikada ən yaşlı abituriyent — Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

Oxşar Xəbərlər