Bölmə: Gündəm / Cəmiyyət

Şəmkirdə qəzada yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB



Şəmkirdə avtomobilin maneəyə çırpılması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar sürücü, 1948-ci il təvəllüdlü Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Həşimov Əli Həsən oğlu, sərnişin -  eyni qəsəbənin sakini, 1941-ci il təvəllüdlü Kamranlı Əli Teymur  oğludur. Qəza zamanı avtomobildə daha bir sərnişin olub, onun xəsarət almadığı bildirilir.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
 
***
 
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
 APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
 
“VAZ 2106” markalı avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.  Müxtəlif bədən xəsarətləri alan yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi  olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Oxşar Xəbərlər