Bölmə: Gündəm / Müsahibə

Siyavuş Aslanla bağlı xəbər ÜRƏK DAĞLADI


Siyavuş Aslanla bağlı xəbər ÜRƏK DAĞLADIBu gün mərhum sənətkar Siyavuş Aslanın doğum günüdür.
Sənətkar Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb.
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb.
Ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.Bu il iyunun 17-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin...

Oxşar Xəbərlər