Bölmə: Gündəm

Allahşükür Paşazadənin oğlunun Azərbaycanı tərk etməsinin səbəbi bilinib


Allahşükür Paşazadənin oğlunun Azərbaycanı tərk etməsinin səbəbi bilinibXəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin oğlu Azərbaycanı tərk edib.
QMİ sədrinin oğlu Məhəmməd Paşazadə ilə bağlı yeni məlumatlar əldə edib. Əldə etdiyimiz məlumatlara görə, Məhəmməd Paşazadə Türkiyədə biznes fəaliyyəti ilə məşğul olur.
Allahşükür Paşazadənin oğlunun İstanbulda Beşiktaş səmtində biznesi var. Məhəmməd Paşazadənin biznesində çay evləri üstünlük təşkil edir.
Xatırladaq ki, Məhəmməd Paşazadənin ölkəni tərk etməsi ilə bağlı xəbəri musavat.com yaymışdı. QMİ sədrinin qudası hacı Qalib Salahzadə Allahşükür Paşazadənin oğlunun ölkəni birdəfəlik tərk etdiyini deyib. Onun sözlərinə görə, Məhəmməd Paşazadə ailəsini də Azərbaycandan Türkiyəyə aparıb.

Oxşar Xəbərlər