Bölmə: Dünya

Tramp Kim Çen Ina ləqəb qoydu - "Raket insan"

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inı "Raket insan" adlandırıb.
 
Lent.az-ın “report”a istinadən xəbərinə görə, dövlət başçısı bununla bağlı özünün "Twitter"ində yazıb.
 
"Dünən Cənubi Koreyanın prezidenti Munla danışdım. "Raket insan"ın necə yaşadığını soruşdum. Şimali Koreyada yanacağa görə uzun növbələr yaranıb. Pisdir", - deyə o yazıb.
 
Tramp avqustun sonunda KXDR-in raket buraxması barədə məlumatlandırılıb.
 
Avqustun 26-da Şimali Koreya sahillərindən Yapon dənizi istiqamətinə bir neçə kiçik məsafəli raket atılıb. Mərmilərdən biri startdan dərhal sonra partlayıb. Daha iki mərmi isə 250 kilometrədək uçub.

Oxşar Xəbərlər